Xabi Alonso: “Braqa” ilə oyunda “Qarabağ”ı dəstəkləyəcəm” - VİDEO

Xabi Alonso: “Braqa” ilə oyunda “Qarabağ”ı dəstəkləyəcəm” - VİDEO

Hazırda oxunan: Xabi Alonso: “Braqa” ilə oyunda “Qarabağ”ı dəstəkləyəcəm” - VİDEO

175154

Xəbər verdiyimiz kimi, "Bayer"in düşərgəsində olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün Leverkuzen təmsilçisinin çalışdırıcısı Xabi Alonso ilə yenidən görüşüb.

Bizim.Media xəbər verir ki, Qurbanov Almaniya klubunun məşq prosesini izləyərkən Alonso ona yaxınlaşıb, məşqçilər arasında qısa və səmimi söhbət olub.

İspaniyalı mütəxəssis Avropa Liqasının pley-off mərhələsində "Braqa" (Portuqaliya) ilə keçiriləcək oyunlarda "Qarabağ"ı dəstəkləyəcəyini bildirib. Q.Qurbanov da həmkarına həm Bundesliqada, həm də Avropa Liqasında uğurlar arzulayıb. O, “Bayer”in hər iki yarışın qalibi olmasını istədiyini söyləyib.
Xatırladaq ki, "Bayer" Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olub. Həm "Bayer", həm də "Qarabağ" qrupdan çıxaraq pley-offa yüksəlib.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO