Daha üç taekvondoçumuz Avropa çempionatında mübarizəyə qoşulur

Daha üç taekvondoçumuz Avropa çempionatında mübarizəyə qoşulur

Hazırda oxunan: Daha üç taekvondoçumuz Avropa çempionatında mübarizəyə qoşulur

17394

Avropa çempionatının üçüncü yarış günü daha üç taekvondoçumuz yarışa qatılacaq.

Bizim.Media xəbər verir ki, qadın idmançımız Fəridə Əzizova (67 kq) Natalia İuliyeva (Belarus) və Elin Johansson (İsveç) cütünün qalibi ilə görüşəcək.

Kişilərdən Ayxan Tağızadənin (74 kq) ilk rəqibi Atman Bouthouyak (Fransa) olacaq.

Digər təmsilçimiz Milad Beigi Hərçəqani (80 kq) isə David Simek (Çexiya) və Oleksandr Filippov (İsrail) cütünün qalibi ilə qarşılaşacaq.

Komandamız turnirdə 11 idmançı ilə təmsil olunur. Yarışa aprelin 11-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO