“Qarabağ” bu gün “Zirə” ilə QARŞILAŞACAQ

“Qarabağ” bu gün “Zirə” ilə QARŞILAŞACAQ

Hazırda oxunan: “Qarabağ” bu gün “Zirə” ilə QARŞILAŞACAQ

173481

Azərbaycan Premyer Liqasının liderləri bu gün yoxlama oyununda üz-üzə gələcək. 

Bizim.Media xəbər verir ki, mövsümün ikinci yarısına Bakıda hazırlaşan “Qarabağ”la “Zirə” paytaxtda görüşəcək. 

Qış fasiləsinə ilk iki pillədə yollanan komandaların dueli Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. 
Bunadək hər iki komanda bir yoxlama matçı keçirib. “Qarabağ” əvəzedici komandasını 7:2 hesabı ilə məğlub edib. “Zirə” isə “Araz-Naxçıvan”dan güclü olub – 2:1. 

Qeyd edək ki, Ağdam klubu mövsümün ikinci yarısına yanvarın 23-də, qəsəbə təmsilçisi isə 22-də start verəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO