Kişi boksçulardan ibarət Azərbaycan milli komandası ABŞ-a yollanıb.
Bizim.Media xəbər verir ki, olimpiya çəki dərəcələri üzrə yığma lisenziya turnirlərinə və Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlığı Koloradoda davam etdirəcək.
Təlim-məşq toplanışında baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərli altında 9 boksçu iştirak.
Onlar hazırlıqda Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov, Şamil Əsgərov (hər ikisi 57 kq), Tayfur Əliyev, Malik Həsənov (hər ikisi 63,5 kq), Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayevi (+92 kq) yoxlayacaq. Toplanış çərçivəsində yerli boksçularla birgə məşqlər və sınaq döyüşlərinin keçirilməsi də planlaşdırılır.
Hazırlıq fevralın 1-dək davam edəcək.
Qeyd edək ki, millimizin heyətində Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris-2024-ə lisenziyanı Olimpiya Oyunlarında qazanıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
15:55 / 13.01.2024
Boksçularımız ABŞ-da hazırlıq KEÇƏCƏK
Hazırda oxunan: Boksçularımız ABŞ-da hazırlıq KEÇƏCƏK
Hazırda oxunan: Boksçularımız ABŞ-da hazırlıq KEÇƏCƏK
173241
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.