"Barselona" rəqiblərinə hədiyyə verməyi dayandırmalıdır" - Xavi

Hazırda oxunan: "Barselona" rəqiblərinə hədiyyə verməyi dayandırmalıdır" - Xavi

172869

"Barselona"nın baş məşqçisi Xavi "Osasuna" ilə İspaniya Superkubokunun yarımfinal matçı öncəsi komandasının çıxışından danışıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis Kataloniya təmsilçisinin çoxlu səhvə yol verdiyini deyib:

“Rəqiblərimizə hədiyyə verməyi dayandırmalıyıq. Bəli, evdə matçları çətinləşdirən müəyyən səhvlərimiz oldu, amma düşünürəm ki, biz onları tədricən aradan qaldırırıq. Son oyunlarda yaxşılaşa bildik. Pley-offda belə səhvləri təkrarlaya bilmərik. Çünki rəqib dərhal bizi cəzalandıracaq”.
Xatırladaq ki, “Barselona” və “Osasuna” arasında İspaniya Superkubokunun yarımfinal oyunu yanvarın 11-i  keçiriləcək. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO