"Fənərbağça" qalib gəldi - Cədvəldə “Qalatasaray"ı geridə qoydu

Hazırda oxunan: "Fənərbağça" qalib gəldi - Cədvəldə “Qalatasaray"ı geridə qoydu

16940

Aprelin 5-də futbol üzrə Türkiyə çempionatının XXXII turu çərçivəsində keçirilən qarşılaşmada “Fənərbağça” doğma meydanda “Dənizlispor”u qəbul edib.

Bizim.Media xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri qonaqları minimal hesabla üstələyiblər.

Oyunda vurulan yeganə qolun müəllifi Mbvana Samatta olub.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 64 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 62 xal toplayan “Fənərbağça”, üçüncü pillədə isə 61 xala malik olan “Qalatasaray" qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXXII turda “Qaziantep” istirahət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO