"Qarabağ"ın Xankəndidəki oyununda azarkeşlər də OLACAQ

Hazırda oxunan: "Qarabağ"ın Xankəndidəki oyununda azarkeşlər də OLACAQ

167401

"Qarabağ"ın dekabrın 21-də ölkə kubokunun 1/8 final mərhələsinin MOİK-lə görüşünü Xankəndidə keçirəcəyi haqda xəbər vermişdik. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, görüşlə bağlı bir neçə yenilik də məlum olub. 

Bu görüşdə azarkeşlərin iştirakı sual altında idi. Artıq bu məsələyə də aydınlıq gəlib. Xankəndi şəhər stadionunda azarkeşlər də öz yerini tutacaq. 

Bu matça azarkeşlərin aparılmasına da qərar verilib. Amma hələlik azarkeşlərin tam sayı konkretləşməyib. Oyuna nə qədər biletin satışa çıxarılacağı və bunun necə həyata keçiriləcəyi tam dəqiqləşməyib. “Qarabağ” – MOİK qarşılaşmasına bilet satışının yaxın vaxtlarda elan oluna biləcəyi gözlənilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO