"Barselona"dan Xavi açıqlaması

Hazırda oxunan: "Barselona"dan Xavi açıqlaması

166762

"Barselona"nın idman direktoru Deko klubun baş məşqçisi Xavini istefaya göndərə biləcəkləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Bizim.Media "FC Barcelona Noticias"a istinadən xəbər verir ki, o, bu iddiaları təkzib edib:

“Xavi bizim baş məşqçimizdir, onun bu yaxınlarda yenilədiyi müqaviləsi var. Komanda yaxşı oynamayanda söz-söhbətlərin yaranması “Barselona” üçün normaldır. Bu futboldur. Amma hansısa klub baş məşqçi ilə müqaviləni yeniləyəndə mütəxəssisə güvəndiyi üçün bunu edir. Burada müzakirə olunacaq heç nə yoxdur”.
Xavinin baş məşqçilik etdiyi "Barselona" ötən mövsüm İspaniya çempionu olub. Bu ilin sentyabrında 43 yaşlı mütəxəssis Kataloniya klubu ilə müqaviləsini uzadıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO