“Molde” “Qarabağ”la oyun öncəsi itki ilə ÜZLƏŞDİ 

“Molde” “Qarabağ”la oyun öncəsi itki ilə ÜZLƏŞDİ 

Hazırda oxunan: “Molde” “Qarabağ”la oyun öncəsi itki ilə ÜZLƏŞDİ 

166285

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”la qarşılaşacaq “Molde” itki ilə üzləşib. 

Bizim.Media xəbər verir ki, Norveç klubu ölkə çempionatının XXIX turunda “Sarpsborq” üzərində səfər qələbəsi (3:1) qazansa da, buna doyunca sevinə bilməyib. 

Çünki müdafiəçi Matias Lovik sıradan çıxıb. 

20 yaşlı sol cinah oyunçusu qarşılaşmanın 1-ci dəqiqəsində hesabı açsa da, 38-ci dəqiqədə zədələnərək əvəzlənib. Onun “Qarabağ”la qarşılaşmada iştirak edib-etməyəcəyi həkim müayinəsindən sonra müəyyənləşəcək. 
Qeyd edək ki, noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO