“Neftçi” Rumıniya klubunun üzvü ilə danışıq APARIR

“Neftçi” Rumıniya klubunun üzvü ilə danışıq APARIR

Hazırda oxunan: “Neftçi” Rumıniya klubunun üzvü ilə danışıq APARIR

165366

Heyətini gücləndirmək istəyən "Neftçi" daha bir futbolçu ilə danışıq aparır.   

Bizim.Media xəbər verir ki, həmin futbolçu Rumıniyanın "Sepsi" klubunda oynayan Pavol Şafrankodur. 

Slovakiyalı yarımmüdafiəçi bu mövsüm Rumıniya çempionatında 16 matça çıxıb və 1 qol vurub. 

29 yaşlı futbolçu karyerası ərzində “Tatran”, “Dunayska Streda”, “Olborq”, “Dandi Yunayted”, “Mamelodi Sandouns” klublarında forma geyindikdən sonra 2022-ci ilin avqust ayında “Sepsi”yə keçib. 

Onun Rumıniya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Şafranko 2017-2020-ci illərdə Slovakiya millisində 10 oyun keçirib.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO