“Mançester Yunayted” “Atletiko”nun forvardını transfer etmək istəyir

“Mançester Yunayted” “Atletiko”nun forvardını transfer etmək istəyir

Hazırda oxunan: “Mançester Yunayted” “Atletiko”nun forvardını transfer etmək istəyir

165318

"Atletiko"nun hücumçusu Antuan Qrizmann karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.  

Bizim.Media xəbər verir ki, 32 yaşlı futbolçunun xidmətində "Mançester Yunayted" maraqlıdır. Bu barədə "El Nacional" nəşri məlumat yayıb.

Premyer Liqa təmsilçisi franslı forvarda "Atletiko"da aldığı maaşın üçqatını təklif etməyə hazırdır.

"Qırmızı şeytanlar" təcrübəli forvard üçün yanvar ayında İspaniya klubu ilə danışıqlara başlayacaq. 
Qeyd edək ki, Antuan Qrizmann cari mövsümdə "Atletiko"nun heyətində meydana çıxdığı 16 rəsmi matçda 12 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Madrid klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimidir. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO