“Qarabağ” itkisiz irəliləyir

“Qarabağ” itkisiz irəliləyir

Hazırda oxunan: “Qarabağ” itkisiz irəliləyir

165310

Həndbol üzrə Azərbaycan çempionatında 2-ci turun oyunları keçirilib.  

Bizim.Media xəbər verir ki, qadınlardan ibarət “Qarabağ” və “Azəryol” komandaları arasında baş tutan görüşdə rəqibini 30:26 hesabı ilə məğlub edən birincilər çempionatda ardıcıl ikinci qələbəsini qazanıblar.  

İlk turda məğlub olan “Kür” bu dəfə “İdman Akademiyası”nı üstələyib – 38:12. Kişilərdən ibarət “Kür” komandası da etimadı doğruldub. “Dinamo”nun qonağı olan Mingəçevir təmsilçisi böyükhesablı qələbə qazanıb – 50:20.  

“Qarabağ” isə “İdman Akademiyası” ilə oyunda azarkeşlərini sevindirib – 38:24. Startı uğursuz alınan “Təhsil” bu dəfə “Bakı” ilə görüşü məğlubiyyətlə bitirib – 16:37. 
İki turdan sonra qadınların yarışına 4 xalla “Qarabağ” başçılıq edir. “Azəryol”, “Kür”, “İdman Akademiyası” və “Bakı” hərəyə 2 xalla sonrakı pillələrdə qərarlaşıblar. “Gənclər Birliyi”nin hesabında xal yoxdur. 

Hərəyə 4 xalı olan “Kür” və “Qarabağ” kişilərin çempionatında şərikli liderlərdir. “Bakı” və “İdman Akademiyası” 2 xalla 3-4-cü yerlərdədir. “Azəryol”, “Təhsil” və “Dinamo” hələ də xal qazana bilməyiblər. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO