“Real” daha bir futbolçusu ilə müqaviləni UZATDI  

Hazırda oxunan: “Real” daha bir futbolçusu ilə müqaviləni UZATDI  

163763

Federiko Valverde Madrid “Real”ı ilə yeni müqavilə imzalayıb.  

Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2029-cu ilə qədər nəzərdə tutulub.   

Federiko 2016-cı ildə “Penyarol”dan Madrid komandasına keçmişdi. O zaman “Real” yarımmüdafiəçi üçün 5 milyon avro ödəmişdi. 
Madrid klubunun heyətində Valverde iki dəfə İspaniya çempionu olub. Bundan başqa o, ölkə kuboku və superkubokunu, bir dəfə də Çempionlar Liqasını qazanıb. 

Bu mövsüm yarımmüdafiəçi 12 oyunda meydana çıxıb. Bu görüşlərdə o, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO