"Real"da 6 illik yeni müqavilə

Hazırda oxunan: "Real"da 6 illik yeni müqavilə

163694

"Real" futbolçusu Federiko Valverde ilə müqaviləsini uzadıb. 

Bizim.Media xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Madrid təmsilçisi 25 yaşlı yarrımmüdafiəçi ilə 2029-cu ilə qədər sözləşmə imzalayıb. 

Qeyd edək ki, Federiko 2016-cı ildə "Real"a "Penarol"dan keçib. "Kral klubu" Valverde üçün təxminən 5 milyon avro ödəyib. O, "Real"ın tərkibində iki dəfə İspaniya çempionu olub, ölkə kubokunu və Superkubokunu, həmçinin Çempionlar Liqasını qazanıb.  Bu mövsüm uruqvaylı yarımmüdafiəçi La Liqada 12 oyun keçirib, 1 qol vurub və 2 qolun ötürməsini verib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO