“NTD İndigo” liqada növbəti qələbəsini qazanıb

Hazırda oxunan: “NTD İndigo” liqada növbəti qələbəsini qazanıb

163677

Bu gün Xaçmaz Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 3-cü turunun növbəti oyunu baş tutub.  

Bizim.Media xəbər verir ki, Xaçmaz təmsilçisi “NTD-INDIGO”, doğma azarkeşləri önündə “Gəncə” klubu ilə qarşılaşıb. 

Oyuna üstün başlayan ev sahibi, yekunda rəqibi üzərində 94-76 hesablı qələbəyə sevinib.  

Ən məhsuldar basketbolçular “NTD-INDIGO”da Cared Smol (21 xal, 5 ribaund), “Gəncə”də Kenyon Dulinq olublar (18 xal, 1 ribaund). 

Qeyd edək ki, üçüncü turun növbəti oyunları (“Sərhədçi” – “Sumqayıt”, “Neftçi” – “Şəki”, “Xırdalan” – “Sabah”) 10 və 11 noyabr tarixində baş tutacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO