Türkiyə millisi Norveçi məğlub etdi - Növbəti üç xalını qazandı

Türkiyə millisi Norveçi məğlub etdi - Növbəti üç xalını qazandı

Hazırda oxunan: Türkiyə millisi Norveçi məğlub etdi - Növbəti üç xalını qazandı

16031

Futbol üzrə 2022-ci dünya çempionatının təsnifat mərhələsində II tura start verilib.

Bizim.Media xəbər verir ki, turun maraq doğuran görüşü “La Rosaleda” stadionunda baş tutub.

Türkiyə millisi səfərdə Norveç seçməsi ilə qarşılaşıb. Görüş “ay ulduzlar”ın inamlı qələbəsi ilə başa çatıb - 3:0. Türkiyə seçməsinin heyətində Ozan Tufan (2) və Çağlar Söyüçü fərqlənib.

Bu qələbə sayəsində xal ehtiyatını altı xala çatdıran Türkiyə G qrupunda liderliyə yüksəlib. Norveç isə 3 xalla dördüncü yerdə qərarlaşıb.

Bu qrupun digər görüşündə Niderland öz meydanında Latviya yığmasını məğlub edib - 2:0.

Günün ilk iki matçında qarşılıqlı qollar qeydə alınıb. H qrupunda Rusiya Sloveniyanı qəbul edib. Qarşılaşma şimal qonşumuzun 2:1 hesablı qələbəsi ilə bitib. Rusiyanın heyətində Artyom Dzyuba 26 və 35-ci dəqiqələrdə fərqlənib.

Yosip İliçiç 36-cı dəqiqədə fərqi azaldıb. Meydan sahibləri qələbə sayəsində 6-cı xalını qazanıb. Sloveniyanın isə 3 xalı var.

G qrupunda isə Monteneqro evdə Cəbəllütariqi məğlubiyyətə uğradıb - 4:1. Meydan sahibləri 6-cı xalını qazanıbsa da, qonaqların xalı yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO