Millimiz Avstriyaya uduzdu - VİDEO 

Millimiz Avstriyaya uduzdu - VİDEO 

Hazırda oxunan: Millimiz Avstriyaya uduzdu - VİDEO 

160143

Bu gün Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.

Bizim.Media xəbər verir ki, Canni De Byazinin çalışdırdığı yığmamız evdə Avstriya ilə üz-üzə gəlib.  

Bakıda baş tutan qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edib.  

Xatırladaq ki, AÇ-2024-ün final mərhələsinə vəsiqə uğrunda mübarizə aparan Avstriya yığması 13 xalla bu qrupda 2-ci pillədə qərarlaşmışdı. Bu səbəbdən qonaqlar Bakıdan qələbə ilə qayıtmağa iddialı idilər. Amma 3 gün öncə səfərdə Estoniyaya qalib gələn millimiz də doğma meydanda xal və xallar qazanmaq arzusundaydı. 
90 dəqiqənin tamamında qələbəni avstriyalılar bayram ediblər. Yeganə qolu 48-ci dəqiqədə penaltidən Marsel Zabitser vurub.  

AÇ-2024-ün seçmə mərhələsi F qrupu  

17 oktyabr  

Azərbaycan – Avstriya 0:1  

Qol: Marsel Zabitser, 48-pen.  

Qırmızı vərəqə: Quido Burqstaller, 90+4.  

Baş hakim: Aristotelis Diamantopulos  

Baş hakimin köməkçiləri: Konstantinos Psarris, Andreas Meintanas  

Dördüncü hakim: Anastasios Papapetru VAR: Angelos Evangelu  

AVAR: Vasileios Fotias (Hakimlər briqadası Yunanıstandandır) 

 Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.  

Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 6. Höccət Haqqverdi, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 20. Aleksey İsayev.  

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Rəşad Əzizli, 2. Cəlal Hüseynov, 10. Mahir Emreli, 13. Emil Səfərov, 14. Nəriman Axundzadə, 15. Rüstəm Əhmədzadə, 16. Elvin Camalov, 18. Ozan Can Kökçü, 19. Filip Ozobiç, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı.  

Baş məşqçi: Canni De Byazi.  

Avstriya: 12. Aleksander Şlager, 2. Maksimilian Vöber, 4. Ksaver Şlager, 6. Nikolas Seyvald, 7. Saşa Kalaydziç, 10. Florian Qrilliç, 15. Filipp Linhart, 16. Romano Şmid, 17. Florian Kaynts, 18. Aleksander Prass, 20. Konrad Laymer (k).  

Ehtiyat oyunçular: 1. Nikls Hedl, 13. Patrik Pents, 3. Quido Burqstaller, 5. Samson Baydo, 8. Marko Qrüll, 9. Marsel Zabitser, 11. Manprit Sarkariya, 14. Deyan Lyubiçiç, 19. Kristof Baumqartner, 21. Patrik Vimmer, 22. Mattias Seydl, 23. Məhəmməd Çam.

Baş məşqçi: Ralf Ranqnik. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO