Cüdoçumuz “Böyük dəbilqə”də bürünc medal qazandı

Cüdoçumuz “Böyük dəbilqə”də bürünc medal qazandı

Hazırda oxunan: Cüdoçumuz “Böyük dəbilqə”də bürünc medal qazandı

16000

Tbilisidə keçirilən "Böyük dəbilqə” turnirində Azərbaycan komandası daha bir bürünc medal qazanıb.

Bizim.Media xəbər verir ki, yarışda 87 kiloqram çəkidə mübarizə aparan Murad Fətiyev bürünc medal uğrunda kanadalı idmançı Antuane Valua-Forte ilə üz-üzə gəlib. Rəqibi üzərində qələbə qazanan cüdoçumuz üçüncü yeri tutub.

Qeyd edək ki, yarışın birinci günündə 60 kiloqram çəki dərəcəsində yarışan Kəramət Hüseynov da bürünc medala sahib olub.

Martın 28-dək davam edəcək turnirdə 80 ölkədən 464 cüdoçu mübarizə aparır. Azərbaycan yarışda 11 idmançı ilə təmsil olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO