
- A-
- A
- A+
İdman
17:20 / 30.09.2023
“Neftçi”nin zədəli futbolçusu nə vaxt meydana qayıdacaq?
Hazırda oxunan: “Neftçi”nin zədəli futbolçusu nə vaxt meydana qayıdacaq?
157728
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Neftçi”nin zədəli futbolçusu Andre Şinyaşiki gələn həftə komanda ilə məşqlərə qoşulacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı təmsilçisinin baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib.
O, 26 yaşlı hücumçunun hazırda müalicə və fərdi hərəkətlərlə kifayətləndiyini söyləyib.
Braziliyalı oyunçu “Zirə” ilə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın 7-ci tur oyununda əzələsindən zədə alıb. “Neftçi” bu gün 8-ci turda “Turan Tovuz”un qonağı olacaq. Qarşılaşma saat 16:00-da başlayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































