Haland, yoxsa Mbappe? – Luis Suares seçimini etdi

Haland, yoxsa Mbappe? – Luis Suares seçimini etdi

Hazırda oxunan: Haland, yoxsa Mbappe? – Luis Suares seçimini etdi

15672

“Atletiko”nun hücumçusu Luis Suares norveçli futbolçu Erlinq Halandı tərifləyib.

Bizim.Media xəbər verir ki, “Marca” nəşrinə danışan Suares, Halandın möhtəşəm futbolçu olduğunu deyib:

“O, möhtəşəm oyunçudur və fiziki gücü inanılmazdır. Dünyadakı ən yaxşı “9 nömrə”lərdən biridir və bir dövrə öz damğasını vuracaq.

Haland, yoxsa Kilian Mbappe? Mən bir az Halanddan yanayam, lakin Mbappe də inanılmaz bir səviyyəyə qalxıb”.

Haland bu mövsüm “Borussiya” (Dortmund) ilə 31 oyunda 33, Mbappe isə PSJ-də 36 oyunda 30 qol vurub.(sportinfo)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO