“Turan Tovuz” “Qəbələ” ilə heç-heçə etdi - FOTO/VİDEO

“Turan Tovuz” “Qəbələ” ilə heç-heçə etdi - FOTO/VİDEO

Hazırda oxunan: “Turan Tovuz” “Qəbələ” ilə heç-heçə etdi - FOTO/VİDEO

155631

Azərbaycan Premyer Liqasında VI turun oyunları davam edir.

Bizim.Media xəbər verir ki, günün ilk matçı Tovuzda keçirilib.

Yerli “Turan Tovuz” doğma azarkeşləri önündə “Qəbələ”ni qəbul edib. Görüşün ilk hissəsində qapılara qol vurulmayıb.

Əvəzində fasilədən dərhal sonra tovuzlular dörd dəqiqə ərzində rəqibi iki dəfə mərkəzə dəvət ediblər. 56-cı dəqiqədə Fərid Nəbiyev, 59-cu dəqiqədə isə Belajdi Pusi adlarını tabloya yazdırıblar.

Lakin qonaqlar təslim olmayıblar. 72-ci dəqiqədə dəqiq zərbə ilə komandasını ümidləndirən Osama Xalayla 6 dəqiqə sonra penaltidən fərqlənərək, dubla imza atıb və “status-kvo”nu bərpa edib.

Komandaların sonrakı cəhdləri bir nəticə verməyib, qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Bununla “Turan Tovuz” cari mövsüm öz meydanında keçirdiyi ikinci matçda da qələbə qazana bilməyib. Bu heç-heçə sayəsində “Turan Tovuz” xallarının sayını 10-a, “Qəbələ” isə 4-ə çatdırıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” “Sumqayıt”ı, “Araz-Naxçıvan” “Neftçi”ni 1:0, “Səbail” “Kəpəz”i 3:0 hesabı ilə məğlub edib. Tura bu gün keçiriləcək “Qarabağ” - “Sabah” (19:30) görüşü ilə yekun vurulacaq.
 


 
 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO