
- A-
- A
- A+
İdman
12:56 / 24.08.2023
Messinin komandası ABŞ Kubokunda finala yüksəldi - VİDEO
Hazırda oxunan: Messinin komandası ABŞ Kubokunda finala yüksəldi - VİDEO
152143
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Lionel Messinin komandası “İnter Mayami” ABŞ Kubokunda finala yüksəlib.
Bizim.Media xəbər verir ki, Florida ştatının təmsilçisi yarımfinalda “Sinsinnati”ni məğlub edib.
Sinsinnatidə keçirilən görüş 3:3 hesabı ilə başa çatdığından, qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan “İnter Mayami” rəqibini 5:4 hesabı ilə üstələyərək, finala vəsiqə qazanıb.
Qarşılaşmada iki məhsuldar ötürmə verən Messi penaltilər seriyasında da zərbəni dəqiq yerinə yetirib. Argentinalı futbolçu ABŞ klubunun heyətində ilk dəfə bir görüşün əsas vaxtında qol vura bilməyib.
“İnter Mayami”nin finaldakı rəqibi “Hyuston Dinamo” olacaq. Həlledici qarşılaşma avqustun 27-də Hyustonda keçiriləcək.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































