Ronaldonun Bakıya səfəri TƏSDİQLƏNMƏDİ

Ronaldonun Bakıya səfəri TƏSDİQLƏNMƏDİ

Hazırda oxunan: Ronaldonun Bakıya səfəri TƏSDİQLƏNMƏDİ

149857

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun Azərbaycana gəlməsi xəbərinə münasibət bildirilib.

Bizim.Media xəbər verir ki, bu barədə olke.az saytına açıqlama verən “WBC boks” konvensiyasının  ictimaiyyətlə əlaqələr şöbəsinin rəsmisi Gil Sanandros Kastelio yayılan xəbəri yalanlayıb. 

O, qeyd edib ki, ulduz futbolçunun beynəlxalq səviyyədə olan təbliğat işlərinə onların media komandası nəzarət edir: 

“Ümumiyyətlə, bizim layihələrin sifarişi minimum altı ay öncədən müraciət əsasında təşkil olunur. İlkin danışıqlar gedir, sonda bizim tərəfimizdən ilk mərhələyə razılıq veriləndən sonra növbəti addımlar müzakirə olunur. Azərbaycandan isə bizə son illər heç bir müraciət daxil olmayıb. Tamamilə yalan məlumatdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO