“Neftçi” braziliyalı futbolçu ilə müqavilə bağlayacaq

“Neftçi” braziliyalı futbolçu ilə müqavilə bağlayacaq

Hazırda oxunan: “Neftçi” braziliyalı futbolçu ilə müqavilə bağlayacaq

148745

Transfer çalışmalarını davam etdirən “Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirməyə hazırlaşır.  

Bizim.Media xəbər verir ki, söhbət braziliyalı Andre Şinyaşkidən gedir.  

Artıq Bakıda olan futbolçu tibbi müayinədən keçəndən sonra rəsmi müqavilə imzalayacaq.  

Valideynlərindən biri yapon olan 26 yaşlı braziliyalı MLS-də “Şarlott”un şərəfini qoruyur. Üçillik müqaviləsi qalan oyunçu indiyədək yalnız ABŞ-da oynayıb. Onun transferi üçün müəyyən məbləğ ödənilməsi razılaşdırılıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO