“Qalatasaray” İkardinin transfer hüququnu aldı

“Qalatasaray” İkardinin transfer hüququnu aldı

Hazırda oxunan: “Qalatasaray” İkardinin transfer hüququnu aldı

145356

"Qalatasaray" Mauro İkardinin transferi ilə bağlı PSJ ilə razılıq əldə edib. 

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi argentinalı hücumçunu 10 milyon avro qarşılığında heyətinə qatacaq. Bu barədə Fabritsio Romano məlumat yayıb.

31 yaşlı forvardla şəxsi şərtləri daha əvvəldən razılaşdıran "sarı-qırmızılar"ın transferi yaxın günlərdə açıqlayacağı gözlənilir. 

Qeyd edək ki, Mauro İkardi son mövsümü icarə əsasında "Qalatasaray"da keçirib. Təcrübəli hücumçu "cim-bom"un heyətində meydana çıxdığı 26 rəsmi matçda 23 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO