Voleybolçularımız universiadada iştirak edəcək – FOTO  

Voleybolçularımız universiadada iştirak edəcək – FOTO  

Hazırda oxunan: Voleybolçularımız universiadada iştirak edəcək – FOTO  

141454

Azərbaycanın tələbə oğlanlardan ibarət voleybol millisi Ümumdünya Yay Universiadasında iştirak edəcək. 

Bizim.Media xəbər verir ki, Çinin Çendu şəhərində keçiriləcək XXXI Ümumdünya Yay Universiadasında iştirak edəcək tələbə oğlanlardan ibarət millimiz hazırlıqlara start verib.

Təlim-məşq toplanışına iyunun 1-dən başlayan komandamız hazırlığın ilkin mərhələsini Bakıda keçir. 

13 voleybolçunun cəlb olunduğu toplanışa baş məşqçi Fərid Cəlalov rəhbərlik edir. Məşqlər Voleybol Mərkəzində və Su İdmanı Sarayında təşkil olunur. 

Hazırlıq planına əsasən millimiz təlim-məşqlərə paytaxtdan sonra bölgələrdə və ölkə xaricində  davam edəcək. Həmçinin komandamızın bir neçə yoxlama oyunu keçirməsi nəzərdə tutulur. 

Qeyd edək ki, XXXI Ümumdünya Yay Universiadası bu il 28 iyul - 8 avqust tarixlərində baş tutacaq. Voleybolçularımız C qrupunda mübarizə aparacaqlar. Komandamız meydan sahibləri ilə yanaşı, Yaponiya, Ukrayna və Meksika seçmələri ilə üz-üzə gələcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO