“Qarabağ”ın iki futbolçusuna xaricdən dəvət gəldi

“Qarabağ”ın iki futbolçusuna xaricdən dəvət gəldi

Hazırda oxunan: “Qarabağ”ın iki futbolçusuna xaricdən dəvət gəldi

140862

"Qarabağ"ın iki futbolçusunun çıxışı xarici klubların diqqətini çəkib. 

Bizim.Media xəbər verir ki, Lenadro Andradeni son Kipr çempionu "Aris", Marko Yankoviçi isə Rusiya "Ural"ı istəyib.

Adalılarla ruslar Ağdam təmsilçisinə müraciət ünvanlayaraq sözügedən oyunçuları almaq istədiklərini rəsmən bəyan etsələr də, hər iki təklif geri çevrilib. 

Qeyd edək ki, 2022-ci ilin yayından "Qarabağ"da olan Yankoviçin müqaviləsinin müddəti 2025-ci ilin iyununda başa çatacaq. Ötən ilin yanvarında "köhlən atlar"ın uğurları üçün çalışan Andradeyə gəlincə, 23 yaşlı portuqaliyalının da anlaşması 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO