"Milan" Maldininin göndərildiyini açıqladı

Hazırda oxunan: "Milan" Maldininin göndərildiyini açıqladı

140130

"Milan" texniki direktor Paulo Maldini ilə yolları ayırdığını rəsmən açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.  

"Milan" 2021/2022 mövsümündə A seriyasının qazanılmasında və klubun Çempionlar Liqasına qayıtmasında verdiyi töhfəyə görə Maldiniyə təşəkkür edib.  
Maldini bütün futbolçu karyerasını “Milan”da keçirib. 25 il "qırmızı-qaralar"da çıxış edən Paulonun klub səviyyəsində 26 kuboku var. 

Qeyd edək ki, İtaliya mətbuatı Maldini ilə klub sahibi arasında fikir ayrılığı olduğunu və bu səbəbdən vəzifəsindən göndərildiyini yazıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO