“Saatlı” da birinci divizionda oynamaq istəyir

“Saatlı” da birinci divizionda oynamaq istəyir

Hazırda oxunan: “Saatlı” da birinci divizionda oynamaq istəyir

138696

4 ildir həvəskarlardan ibarət Region Liqasında mübarizə aparan Saatlının “Araz” komandası yeni mövsümdən I Divizionda oynamaq istəyir.

Bizim.Media xəbər verir ki, aşağı liqa üçün kifayət qədər yaxşı infrastuktura malik olan komandanın Divizionda iştirakla bağlı müraciətinə müsbət cavab verilib.

Rəsmi qərar AFFA İcraiyyə Komitəsinin iclasında veriləcək. Bölgə təmsilçisi artıq komanda quruculuğuna start verib.

Oyunlarını Olimpiya İdman Kompleksinin stadionunda keçirəcək “Araz”ın əsasən yerli futbolçulara güvənəcəyi gözlənilir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO