“Səbail”dən hər futbolçuya 7 min manat mükafat

Hazırda oxunan: “Səbail”dən hər futbolçuya 7 min manat mükafat

138349

“Səbail” klubunun rəhbərliyi komandanın Premyer Liqada qalmasına görə oyunçuları mükafatlandırıb.  

Bizim.Media xəbər verir ki, hər futbolçuya 7 min manat mükafat veriləcək.  

Bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Şahin Diniyev məlumat verib. O bildirib ki, əvvəlcədən 5 min manat mükafat qoyulub. Ancaq matçdan sonra xahiş edib ki, məbləğ artırılsın.

Bundan sonra mükafat 7 min manata yüksəldilib. Ş.Diniyev sözügedən matçdan sonra mətbuat konfransında deyib: “Dedilər, nə qədər istəyirsiz, olsun. Futbolçular buna layiqdirlər”. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO