“Qarabağ”ın futbol akademiyası TİKİLƏCƏK 

Hazırda oxunan: “Qarabağ”ın futbol akademiyası TİKİLƏCƏK 

138321

"Qarabağ"ın yeni futbol akademiyası inşa ediləcək.  

Bizim.Media xəbər verir ki, bu barədə klubun prezidenti Tahir Gözəl jurnalistlərlə görüş zamanı deyib.  

O, inşa ediləcək akademiyanın yerinin müəyyənləşdirildiyini, amma ideal yer olmadığını bildirib:

"Klub prezidenti olaraq, “Qarabağ”ın gələcəyi məni maraqlandırır. Ən böyük hədiyyə akademiyanın qurulması ilə bağlı idi. İki il əvvəl demişdim ki, akademiya və gənclərə yatırım etmək zamanımız gəlib. Şükür Allaha, onunla bağlı işlərimiz başlayıb, layihələrimiz var.

Yavaş-yavaş “Qarabağ” futbol akademiyasını inşa etdirəcəyik. Bu, məni çox sevindirir. Yer müəyyənləşib. Hazırkı stadionumuzun ətrafı olsaydı, bizim üçün daha qənaətbəxş idi. Çünki gedib-gəlmək, futbolçularımızda vahid “Qarabağ” ruhunun yaranması çox önəmlidir.
Çalışacağıq ki, bugünkü stadionumuzun yanında olsun. Bunu cənab prezidentdən, nazirlərimizdən xahiş edəcəyik. Amma hələlik, öz yerimiz var. Binə qəsəbəsinə yaxın yerdədir. Yeri bir az uzaqdır, deyə bilmərəm ki, idealdır, lakin mövcud duruma baxırıq. Ola bilsin ki, bu il inşaata başlayacağıq. Klub prezidenti olaraq, atdığım ən önəmli addımlardan biridir". 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO