Ölkəmizi Konfrans Liqasında təmsil edəcək sonuncu iştirakçı da bilindi

Hazırda oxunan: Ölkəmizi Konfrans Liqasında təmsil edəcək sonuncu iştirakçı da bilindi

138315

Bu gün Azərbaycanın UEFA-nın Konfrans Liqası yarışındakı sonuncu iştirakçısı müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, bu, "Qəbələ"dir. Komanda son turda "Kəpəz"lə heç-heçə edib - 1:1.

Bu nəticədən sonra xalını 50-yə çatdıran Elmar Baxşıyevin komandası yarışı 4-cü pillədə başa vurub. "Zirə" də eyni xalı toplasa da, şəxsi oyunlarda üstünlüyə görə komanda ilk 4-lükdə yer alıb.  

Beləliklə, Azərbaycan kubokunun finalında “Neftçi” ilə matçın nəticəsindən asılı olmayaraq, "Qəbələ" 2023/24 mövsümündə Konfrans Liqasının birinci mərhələsindən yarışacaq. 

Qeyd edək ki, mövcud qaydalara əsasən, KL-ə vəsiqə alan 3-cü yerin sahibi (indiki halda “Neftçi”) kuboku da qazanırsa, 4-cü yeri tutan komanda avrokuboka qatılır. 

Xatırladaq ki, Azərbaycan artıq 3 klub Avropa kubokuna vəsiqəni təmin edib. Bunlar “Qarabağ” (Çempionlar Liqası), “Sabah” və “Neftçi”dir (Konfrans Liqası). 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO