
- A-
- A
- A+
Minifutbol millimiz İtaliyaya qalib gəlib qrup lideri oldu
Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turniri keçirilir.
Bizim.Media xəbər verir ki, bu gün turnirin növbəti matçları oynanılıb. Bakı Tennis Akademiyasında 6 qarşılaşma keçirilib.
A və B qruplarında əvvəlcə 2-ci turun matçları, daha sonra isə hər qrupda 3-cü turun bir görüşü təşkil edilib. A qrupunda İtaliya, B qrupunda isə Türkiyə yığması 2 oyun keçirib.
A qrupunda mübarizə aparan, ilk turda Çexiya ilə qolsuz heç-heçə edən Azərbaycan millisi günün son qarşılaşmasında İtaliya seçməsi ilə üz-üzə gəlib. 2:0 hesablı qələbə qazanan yığmamız xallarını 4-ə çatdıraraq qrup lideri olub.
Xatırladaq ki, millimiz ilk turda Çexiya ilə qolsuz heç-heçə edib.
Beynəlxalq Minifutbol Turniri
2 may
A qrupu
İtaliya – Gürcüstan - 2:4
Serbiya – Çexiya - 2:2
Azərbaycan – İtaliya - 2:0
Qollar: Rəvan Kərimov, 26, Mirmehdi Rzayev, 46
Xal durumu: Azərbaycan - 4 xal (2 oyun), Serbiya - 4 (2), Gürcüstan - 3 (2), Çexiya - 2 (2), İtaliya - 0 (2).
B qrupu
Türkiyə - Ukrayna - 2:3
Qazaxıstan – CAR - 5:1
Türkiyə - Fransa - 0:4
Xal durumu: Fransa - 6 (2), Qazaxıstan - 6 (2), Ukrayna - 3 (2), Türkiyə - 0 (2), CAR - 0 (2).
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































