Mətbuat katibi: “Ermənilərdə Azərbaycanofobiya var” - VİDEO

Mətbuat katibi: “Ermənilərdə Azərbaycanofobiya var” - VİDEO

Hazırda oxunan: Mətbuat katibi: “Ermənilərdə Azərbaycanofobiya var” - VİDEO

131012

“Bayrağımıza qarşı hörmətsizliyi heç cür qəbul edə bilmərik. Bizə təhlükəsizlik təminatı verən tərəf, həmin dövlətin başçısının beş addım uzaqlığında dayandığı yerdə öz qonağının bayrağı yandırılır və buna bir reaksiya verilmir. Bundan sonra həmin bu barbarlığı, vandallığı edən şəxsi Ermənistan ictimaiyyəti alqışlayırlar, onu cəzaçəkmə müəssisəsindən buraxırlar. Bu, yolverilməzdir” 

Bizim.Media xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimində Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev jurnalistlərə müsahibəsində bildirib. 

MÖVZU İLƏ BAĞLI:

Atletlərimiz hava limanında BELƏ QARŞILANDI - VİDEO


Millimizin üzvü qeyd edib ki, bu, onu göstərir ki, ermənilər hələ də sülh istəmirlər:

“Azərbaycana qarşı nifrətləri var, irqçilik, ksenofobiya, Azərbaycanofobiya var. Ona görə biz qərara gəldik ki, orada qalmayaq, ölkəni tərk edək.  

Biz xalqımızın dəstəyini sonadək hiss edirdik. Bilirdik ki, Azərbaycan bizim yanımızdadır. Baxmayaraq ki, istər onların yerli hakimiyyət nümayəndələri, istərsə də Avropa Ağır Atletika Federasiyası, istərsə də Beynəlxalq Ağır Atletika Federasiyası bizi yarışda iştirakımızı davam etdirməyə çağırırdılar. Amma biz bunu qəbul edə bilməzdik”. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO