Vitor Pereyra “Flamenqo”dan qovuldu

Vitor Pereyra “Flamenqo”dan qovuldu

Hazırda oxunan: Vitor Pereyra “Flamenqo”dan qovuldu

130657

Braziliyanın “Flamenqo” klubu baş məşqçisi Vitor Pereyranı vəzifəsindən kənarlaşdırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 54 yaşlı mütəxəssisin istefasına komandanın uğursuz çıxışı səbəb olub. 

Pereyra bu ilin yanvarında “Flamenqo”nun baş məşqçisi təyin olunmuşdu. Braziliya klubu Pereyranın rəhbərliyi ilə 20 oyundan 10 qələbə qazanıb, 2 heç-heçə edib, 8 dəfə məğlub olub.  

Qeyd edək ki, Vitor Pereyra daha əvvəl “Korintians”, “Fənərbaxça”, “Şanxay”, “1860 Münhen”, “Olimpiakos”, “Əl-Əhli”, “Portu”, “Santa Klara”, “Espinyo”nu da çalışdırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO