Premyer Liqamıza vəsiqəni təmin edən komanda bilindi

Premyer Liqamıza vəsiqəni təmin edən komanda bilindi

Hazırda oxunan: Premyer Liqamıza vəsiqəni təmin edən komanda bilindi

130209

Azərbaycan birinci divizionunda 24-cü tura start verilib. 

Bizim.Media xəbər verir ki, bugünkü görüşlərdən sonra Premyer Liqaya vəsiqəni təmin edən komanda müəyyənləşib. 

Bu, hazırda turnir cədvəlində birinci olan "Araz Naxçıvan"dır. Səfərdə “Qəbələ”yə 0:3 hesabı ilə məğlub olan MOİK-in liderə çatmaq şansı qalmayıb.  
Aktivində 54 xal olan “Araz Naxçıvan” sona 5 tur qalmış əvəzediciləri - "Neftçi-2" və "Qəbələ-2"ni çıxmaq şərtilə ən yaxın izləyicisi olan MOİK-i 16 xal qabaqlayır. 
  
Bu o deməkdir ki, lisenziyalaşdırma tələblərinə cavab versə, “Araz Naxçıvan” növbəti mövsüm Premyer Liqada çıxış edəcək. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO