
- A-
- A
- A+
İdman
12:35 / 02.04.2023
Futbolçumuz Latviyada yenə fərqləndi
Hazırda oxunan: Futbolçumuz Latviyada yenə fərqləndi
128512
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Latviya çempionatında 3-cü turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Super Nova” ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyunda mövsümdəki ilk qələbəsini qazanıb – 3:0.
Start heyətdə meydana çıxan Ramin 27-ci dəqiqədə vurulan ilk qol zamanı məhsuldar ötürmə edib, 77-də isə özü rəqib qapısına yol tapıb. O, 89-cu dəqiqədə əvəzlənib. Nazim isə eyni dəqiqədə meydana buraxılıb.
Xatırladaq ki, müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında forma geyinirlər.
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































