Futbolçumuz Latviyada yenə fərqləndi

Futbolçumuz Latviyada yenə fərqləndi

Hazırda oxunan: Futbolçumuz Latviyada yenə fərqləndi

128512

Latviya çempionatında 3-cü turun oyunları keçirilir. 

Bizim.Media xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin komandası “Dauqavpils” də növbəti matçına çıxıb. 

Sözügedən kollektiv doğma meydanda “Super Nova” ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyunda mövsümdəki ilk qələbəsini qazanıb – 3:0. 

Start heyətdə meydana çıxan Ramin 27-ci dəqiqədə vurulan ilk qol zamanı məhsuldar ötürmə edib, 77-də isə özü rəqib qapısına yol tapıb. O, 89-cu dəqiqədə əvəzlənib. Nazim isə eyni dəqiqədə meydana buraxılıb. 
Xatırladaq ki, müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında forma geyinirlər.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO