\

\"Səbail\"in futbolçusu: \"Gəncəyə qələbə qazanmaq üçün gedirik\"

Hazırda oxunan: \"Səbail\"in futbolçusu: \"Gəncəyə qələbə qazanmaq üçün gedirik\"

128123

"Səbail"in futbolçusu Ağabala Ramazanov klubun mətbuat xidmətinə açıqlama verib. 

Bizim.Media xəbər verir ki, o, Misli Premyer Liqasının 28-ci turunda "Kəpəz"ə qarşı keçirəcəkləri matç barədə danışıb: 

"Ölkə çempionatında milli komandaların oyunları ilə əlaqədar olaraq fasilə yarandı. Biz də bu fasilədən istifadə edərərək çatışmayan cəhətlərimizin üzərində çalışdıq.

“Kəpəz” oyunu öncəsi məşqlərimizə yüksək əhvali-ruhiyyə ilə davam edirik. Bizi qarşıda çətin səfər oyunu gözlədiyini bilirik. Amma Gəncəyə qələbə qazanmaq üçün gedirik. Mən və komanda yoldaşlarım buna inanırıq". 

Qeyd edək ki, aprelin 1-i keçiriləcək "Kəpəz" - "Səbail" görüşü saat 15:30-da başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO