“Neftçi” “Zirə” ilə oyuna hazırlaşır

Hazırda oxunan: “Neftçi” “Zirə” ilə oyuna hazırlaşır

127763

“Neftçi” Premyer Liqanın 28-ci turunda qarşılaşacağı “Zirə” ilə matçın hazırlığını davam etdirir.

Bizim.Media xəbər verir ki, martın 25-də keçirilmiş “Qəbələ” ilə yoxlama oyunundan (1:2) sonra bir günlük istirahətə buraxılan komanda martın 27-də məşqləri bərpa edib.  

“Ağ-qaralar” bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıb. Milli komandaların düşərgəsində olan futbolçuların qatılmadığı hazırlıq prosesində “Neftçi”nin əvəzedici heyətinin 8 üzvü də iştirak edib. 
Aprelin 1-i Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Neftçi” oyununa saat 19:30-da start veriləcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO