
- A-
- A
- A+
İdman
10:32 / 27.03.2023
Zubir üstündə qırğın düşdü - \"Onu alın, İstanbula gətirin\"
Hazırda oxunan: Zubir üstündə qırğın düşdü - \"Onu alın, İstanbula gətirin\"
127375
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Qalatasaray” azarkeşləri “Qarabağ”ın legioneri Abdullah Zubiri çox bəyənib.
Bizim.Media xəbər verir ki, dünən baş tutan xeyriyyə matçında özünü yaxşı tərəfdən göstərməyi bacaran futbolçu türkiyəli fanatların sevimlisinə çevrilib.
Təsadüfi deyil ki, matç bitincə İstanbul klubunun fanatları fransalı futbolçunun İnstagram səhifəsinə “hücuma keçərək” onu “Qalatasaray”a keçməyə səsləyib.
Hətta bəzi azarkeşlər klub rəhbərliyinə müraciət edərək “Zubir Azərbaycanın Məhəmməd Salahıdır, onu alıb gətirin” yazıblar.
Futbolçunun sosial şəbəkədəki hesabında “Qarabağ” azarkeşləri də şərhlər yazıb, Zubiri heç yana buraxmayacaqlarını bildiriblər.
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































