Sərbəst güləşçilərimiz ardıcıl 2-ci dəfə Avropa çempionu oldu

Sərbəst güləşçilərimiz ardıcıl 2-ci dəfə Avropa çempionu oldu

Hazırda oxunan: Sərbəst güləşçilərimiz ardıcıl 2-ci dəfə Avropa çempionu oldu

126415

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı başa çatıb.

Bizim.Media xəbər verir ki, qitə birinciliyinin son 3 günündə sərbəst güləş üzrə mübarizə baş tutub. Ötən il komanda hesabında çempion olan millimiz titulunu qoruyub və növbəti dəfə qitənin ən güclü komandası adına sahib çıxıb.
 

MÖVZU İLƏ BAĞLI:

Turan Bayramov Avropa çempionatında qızıl medal qazandı


Beləliklə, 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan yığmamız 140 xalla birinci yerdə qərarlaşıb.

Millimiz medalların əyarına görə də hamını qabaqlayıb. Türkiyə (129) ikinci, Gürcüstan (125) isə üçüncü yeri tutub.

Yığmamızın üzvlərindən Maqomed-Başir Xaniyev (70 kq), Turan Bayramov (74 kq) və İslam İlyasov (97 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) isə bürünc medal qazanıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO