“Sumqayıt” bu futbolçu ilə müqaviləni uzatdı

“Sumqayıt” bu futbolçu ilə müqaviləni uzatdı

Hazırda oxunan: “Sumqayıt” bu futbolçu ilə müqaviləni uzatdı

125547

“Sumqayıt” yarımmüdafiəçi Səbuhi Abdullazadə ilə davam etməkdə olan müqaviləni yeniləyib.  

Bizim.Media klubun saytına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu ilə 2025/26 mövsümünün sonuna qədər anlaşma əldə olunub.  

Futbola 2011-ci ildə “Sumqayıt” Akademiyasında qədəm qoyan Səbuhi Abdullazadə 15 yaşı olarkən, 2017/18 mövsümündə Premyer Liqada debüt edib (14-cü tur, “Kəpəz” – “Sumqayıt” 0:3; 02.12.2017).  
Premyer Liqada ümumilikdə 79 oyun keçirən yarımmüdafiəçi 1 dəfə qol vurmağa da müvəffəq olub.  

Səbuhi Abdullazadə U-15, U-16, U-17, U-19 və U-21 yığmalarının da uğurları üçün çalışıb. 


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO