Formula 1 Azərbaycan Qran-Prisi üçün 90-dan çox ölkədən bilet alınıb

Formula 1 Azərbaycan Qran-Prisi üçün 90-dan çox ölkədən bilet alınıb

Hazırda oxunan: Formula 1 Azərbaycan Qran-Prisi üçün 90-dan çox ölkədən bilet alınıb

117825

Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışının ilk həftəsində ötən illərlə müqayisədə rekorda imza atılıb. Bakıda keçiriləcək yarış üçün 90-dan çox ölkədən bilet alınıb.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Qran-Prisinin mətbuat katibi Turab Teymurov deyib.

Bildirib ki, yarışlara 1500-ə yaxın könüllü cəlb olunacaq. Könüllülər üçün bu istiqamətdə çoxsaylı təlimlər keçiriləcək.

“Yarış üçün nəzərdə tutulan baryerlər Qran-Priyə yaxın vaxtda quraşdırılacaq. Ənənəvi olaraq əyləncə zonası Dənizkənarı Milli Parkda yerləşəcək”, - deyə mətbuat katibi vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO