“Zirə”dən növbəti transfer – Ukrayna millisinin üzvü gətirildi – ÖZƏL  

“Zirə”dən növbəti transfer – Ukrayna millisinin üzvü gətirildi – ÖZƏL  

Hazırda oxunan: “Zirə”dən növbəti transfer – Ukrayna millisinin üzvü gətirildi – ÖZƏL  

116478

“Zirə” qış fasiləsinin sonuna yaxın transferdə fəallaşıb. Artıq “Dinamo” Kiyevin üzvü Vladislav Kulaçla razılıq əldə edən qəsəbə klubu daha bir keçidi reallaşdırıb.  

Bizim Media-nın əldə etdiyi məlumata görə komanda Ukraynadan daha bir futbolçunu Azərbaycana gətirib.  

Söhbət bu ölkənin U-21 yığmasının üzvü Eldar Quliyevdən gedir. “Şaxtyor”un yetirməsi olan Quliyevin son klubu “Minay”dır. Vaxtilə Azərbaycan millisinə də dəvət olunacağı gözlənilən yarımmüdafiəçi seçimini slavyan ölkəsinin xeyrinə etmişdi.  
Artıq “Zirə”nin düşərgəsində olan Eldar Quliyevlə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO