“Qarabağ” daha bir futbolçusunu satmağa yaxındır

“Qarabağ” daha bir futbolçusunu satmağa yaxındır

Hazırda oxunan: “Qarabağ” daha bir futbolçusunu satmağa yaxındır

114509

“Qarabağ” daha bir futbolçusunu Avropa klubuna satmağa yaxındır.

Bizim.Media “SportoweFakty”yə istinadən xəbər verir ki, hücumçu Musa Qurbanlının karyerasını Polşada davam etdirmək ehtimalı yüksəkdir.

Bu ölkənin “Poqon” klubu Azərbaycan millisinin üzvünün transferi üçün qarşı tərəflə danışıqları sürətləndirib. Hər iki komanda Antalyada təlim-məşq toplanışında olduğundan, danışıqlar orada aparılır.

Hücum xəttini gücləndirməkdə israrlı olan polşalılar bu mövsüm Premyer Liqada 12 qol vuraraq, məhsuldarlıq nümayiş etdirən Qurbanlını tezliklə heyətinə qatmaq niyyətindədir. Hər an anlaşmanın əldə oluna biləcəyi vurğulanıb.
Qeyd edək ki, “Qarabağ” qış fasiləsində braziliyalı futbolçusu Kadi Borgesi Rusiya klubu “Krasnodar”a satıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO