“Şaxtyor” futbolçusunu “Qarabağ”a satmaqdan imtina etdi - FOTO

“Şaxtyor” futbolçusunu “Qarabağ”a satmaqdan imtina etdi - FOTO

Hazırda oxunan: “Şaxtyor” futbolçusunu “Qarabağ”a satmaqdan imtina etdi - FOTO

112903

Kadini Rusiyanın “Krasnodar” klubuna satan “Qarabağ” onun boşluğunu doldurmaq üçün futbolçu axtarışlarını davam etdirir.

Bizim.Media xəbər verir ki, Ağdam klubu bir neçə ölkədə oyunçu axtarır ki, həmin futbolçulardan da biri müqavilə ilə Ukraynanın “Şaxtyor” klubuna məxsus olan ancaq icarə əsasında “Sabah”da çıxış edən Aleksey Kaşukdur.

Baş məşqçi Qurban Qurbanov ötən mövsümdən Kaşuka maraq göstərir. Hətta çempion rəsmiləri Kaşukun transferi ilə bağlı Donetsk klubu ilə bir neçə dəfə əlaqə saxlayıblar.

Son məlumatlara görə, “Qarabağ” növbəti dəfə yarımmüdafiəçinin transferi ilə bağlı “Şaxtyor”a müraciət edib. Ancaq Ukrayna təmsilçisi futbolçusunu “Qarabağ”a satmaqdan imtina edib.
Onlar mövsümün sonunda Kaşukun “Sabah”dan “Şaxtyor”a geri qayıdacağını və Avropa klublarından ciddi təkliflər gəldiyini nəzərə alaraq yarımmüdafiəçini daha baha qiymətə satmaq fikrindədirlər.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO