"Neftçi"dən getməyi düşünmürəm" – Baş məşqçi 

Hazırda oxunan: "Neftçi"dən getməyi düşünmürəm" – Baş məşqçi 
108633
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf  son zamanlar komandadan ayrılacağı barədə yayılan xəbərlərə  münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, rumıniyalı mütəxəssis Azərbaycan kubokunun 1/4 finalında "Zirə" ilə keçirilən bugünkü oyundan (0:1) sonra mətbuat konfransında məsələ ilə bağlı bunları deyib: 

"Bu haqda əvvəl də mənə sual verilib. Bütün konsentrasiyam "Neftçi"dədir. Mediaya başqa klublarla adımı hallandırmasına qadağa qoya bilmərəm. Bu, sizin hüququnuzdur, nə istəyirsiniz, yaza bilərsiniz. Mən "Neftçi"dəyəm və bütün fikrim, yalnız bu klubdadır. Bilirsiniz ki, təzəlikcə klubda toplantı olub. Komandanı gücləndirmək barədə danışığımız da olub. Mən tərəfdən heç bir problem yoxdur. Komandamı dəyişməyi düşünmürəm". 

Qeyd edək ki, Rumıniya mətbuatı Regekampfın bu ölkənin "Universitatya Krayova" klubunun baş məşqçi vəzifəsinə əsas namizəd olduğunu yazıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO