“Qarabağ” Azərbaycan çempionatları tarixində YENİ REKORD

“Qarabağ” Azərbaycan çempionatları tarixində YENİ REKORD

Hazırda oxunan: “Qarabağ” Azərbaycan çempionatları tarixində YENİ REKORD

103487

“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb. 

Bizim.Media xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Misli Premyer Liqasının 2022/23 mövsümünün startında ardıcıl 13-cü qələbəsini qazanıb. 

Ağdam klubu bunu III turdan təxirə salınan “Turan Tovuz”la səfər matçında rəsmiləşdirib. 2:0 hesabı ilə qalib gələn “Qarabağ” ölkə çempionatlarının 30 illik tarixində ən uzun start qələbəsinin müəllifi olub. 

Bunadək rekord “Neftçi”yə məxsus idi. Bakılılar 1992-ci ildəki ilk çempionata 12 qələbə ilə başlasa da, 13-cü oyununda Sumqayıtda “Xəzər”dən üç cavabsız qol buraxıb – 0:3. 

“Qarabağ” da “Neftçi” kimi 12 qələbədən sonra səfərə yollanıb, amma Tovuzda büdrəməyib. Üç gün əvvəl paytaxt təmsilçisinin rekordunu təkrarlayan Qurbanovun komandası bu dəfə mütləq göstəricini rəsmiləşdirib. 
Qeyd edək ki, “Qarabağ” 14-cü qələbəsini qazanmaq üçün noyabrın 13-də “Sabah”la səfər görüşündə də qalib gəlməlidir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO