Həsən Hüseynliyə 6 il iş verildi

Həsən Hüseynliyə 6 il iş verildi

Hazırda oxunan: Həsən Hüseynliyə 6 il iş verildi

49973
İyulun 14-də Gəncə şəhər Nizami rayon Məhkəməsində hüquq müdafiəçisi Həsən Hüseynliyə 5 il 11 ay 28 gün həbs cəzası verib. Cəza müddəti bu gündən hesablanır.

Həsən Hüseynli 2014-cü il martın 31-də Gəncədə saxlanıb. O, həmyerlisi Arzu Qəhrəmanovu bıçaqla yaralamaqda günahlandırılır. Polisdə 48 saat saxlanan Həsən Hüseynli daha sonra müstəntiqin qərarına əsasən, polis nəzarətində olmaqla azadlığa buraxılıb.

Həsən Hüseynli ictimai fəaliyyətinə görə saxlandığını düşünür.

Onun rəhbərlik etdiyi «Kamil VətəndaşÂ» Maarifləndirmə Mərkəzi Azərbaycanın Qərb bölgəsində açıq cəmiyyət ideyalarını yaymağı, vətəndaş cəmiyyəti quruculuğuna töhfə verməyi özünə məqsəd bilir.

Mərkəz gənclərin ictimai fəallığının və liderlik qabiliyyətinin yüksəldilməsini hədəfləyən layihələr gerçəkləşdirir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO